
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Şərti sərhəddə təxribatların davam etməsi
Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin Ermənistan tərəfindən atəşə tutulmasının davam etməsi, bunun gətirib çıxara biləcəyi nəticələr kontekstində mövzunun şərhi
2. 7-ci ADA Siyasi Forumu
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumunin əhəmiyyəti, bunun Azərbaycan reallıqlarının dünyaya çatıdırılmasında önəmi fonunda mövzunun şərh edilməsi
3. Asiya İnkişaf Bankının (ADB) Azərbaycan iqtisadiyyatının 2025-ci artacağı barədə proqnozu
Dünyada yeni iqtisadi gərginlik dalğası fonunda ölkə iqtisadiyyatının donamik inkişafı və bunun beynəlxalq qurumlar tərəfindən də dəstəklənməsi barədə təhlillər.
4. Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası.
Əfv fərmanlarının – məhkumların bağışlanmasının tərbiyəvi əhəmiyyətinə, ölkə iqtidarının humanizm siyasətinə dair yazılar.
5. ABŞ-Ermənistan hərbi əməkdaşlığının İran üçün yaratdığı təhdidlər
ABŞ hərbi departamentinin əməkdaşları və hərbçilər də daxil olmaqla, amerikalıların böyük bir qrupu Ermənistana gəlişi, ABŞ-İran gərginliyinin artması fonunda Ermənistandan İrana qarşı platsdarm kimi istifadə edilə biləcəyi kontekstində mövzunun şərhi.