GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Antaliya Diplomatiya Forumunda Azərbaycanın iştirakı

Azərbaycan bu il də Antaliya Diplomatiya Forumunda yüksək səviyyədə təmsil olunacaq. Forum ikitərəfli və çoxtərəfli diplomatik əlaqələrin dərinləşdirilməsi, regional sabitlik və əməkdaşlığın təşviqi baxımından önəmli platforma hesab olunur. Azərbaycanın iştirakı regiondakı strateji maraqlarını beynəlxalq gündəmə daşımaq fürsəti kimi qiymətləndirilir.


2. Gürcüstan Prezidentinin Azərbaycana planlaşdırılan səfəri

Yeni seçilmiş Gürcüstan Prezidenti yaxın günlərdə Azərbaycana rəsmi səfərə hazırlaşır. Bu, onun xaricə ilk səfəri olmaqla, iki ölkə arasında strateji tərəfdaşlığın davamlılığını və qarşılıqlı etimadı təsdiqləyir. Səfər zamanı enerji, logistika, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

3. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi

Ermənistan tərəfindən işğal dövründə basdırılmış minalar azad edilmiş ərazilərdə hələ də insan tələfatına səbəb olur. Son günlərdə baş verən yeni mina partlayışlarında mülki şəxslər və hərbçilər həyatını itirib. Bu vəziyyət humanitar təhlükəsizlik çağırışlarını gündəmdə saxlayır və beynəlxalq ictimaiyyətdən daha fəal reaksiya tələb edir.

4. İran ordusunun yüksək hazırlıq vəziyyəti

İran Silahlı Qüvvələri ölkədə və regionda baş verən gərginliklər fonunda yüksək döyüş hazırlığı rejiminə keçib. Bu addım mümkün hərbi eskolasiya risqlərinin regional səviyyədə doğurduğu təhdidləri bir daha gündəmə gətirir.


5. ABŞ-Çin ticarət gərginliyi: 50% rüsum riski

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara qarşı gömrük rüsumlarını 50%-ə qədər qaldırmaq niyyətindədir. Bu qərarın Çin tərəfindən tariflərin geri çəkilməməsi halında qüvvəyə minəcəyi bildirilib. Yeni tarif dalğası iki ölkə arasında ticarət müharibəsini dərinləşdirə və qlobal iqtisadiyyatda qeyri-sabitlik yarada bilər.