GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafı

İki ölkə prezidentinin telefon danışığı zamanı müzakirə olunan məsələlər fonunda münasibətlərin strateji müttəfiqlik istiqamətində inkişafına dair təhlillərin hazırlanması.

2. Şərti sərhəddə artan təxribatlar

Son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdlərinin mümkün nəticələri, baş verənlərə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərində düşməsi fonunda mövzunun şərhi

3. Ermənistanın davam edən mina terroru

İşğaldan azad olunan ərazilərdə mina təhlükəsinin hələ də davam etməsi, Azərbaycanın dəfələrlə müraciətinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən imtina etməsi, bununla mina terrorunu davam etdirməsi, beynəlxalq ictimaiyyətin bununla bağlı hərəkətə keçməsinin zəruriliyi fonunda mövzunun şərhi

4. Azərbaycanın Avropanın yaşıl enerji ilə təminatında mühüm təchizatçıya çevrilməsi

Mövzunun Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış “Yaşıl enerji dəhlizi” haqqında memorandum, bunun ümumilikdə Avropa və Asiya üçün böyük əhəmiyyəti kontekstində şərh edilməsi.

5. Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük iddialarının reallıqdan uzaq olması.

Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanunu imzalaması fonunda Ermənistanın Rusiya ilə münasibətlərinin daha da pisləşməsi, bu ölkənin Kremlin sərt sanksiyalarına məruz qala biləcəyi barədə təhlillər.

MTM Analitik Qrup