GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları.

Bakıda ənənəvi olaraq hər il keçirilən bu tədbir fonunda Azərbaycanın dünyanın enerji təhlükəsizliyində, eləcə də Avropanın ekoloji təmiz enerji ilə təchizatında fəal rol oynamasına dair şərhlər.

2. Türkiyə və İsrail arasında Azərbaycanın vasitəçiliyi.

Suriyada Türkiyə və İsrail arasında qarşıdurma ehtimalının və gərginliyin artmasının Azərbaycanın vasitəçiliyi ilə həllinin mümkünlüyü fonunda mövzunun şərhi

3. Fransanın Azərbaycanda məhkəmə prosesinə müdaxilə cəhdi.

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaların  məhkəmə prosesinə müdaxilə cəhdi olması, bunun digər analoji cəhdlər kimi iflasa məhkum olması kontekstində mövzunun şərhi.

4. Orta Dəhlizin Almaniya və ümumən Avropa üçün əhəmiyyəti.

Mövzunun Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında Orta Dəhlizlə bağlı səsləndirdiyi fikirlər, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilməsi fonunda şərhi

5. 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü.

Azərbaycanın azad edilmiş ərazilərdə mina problemi ilə əlaqədar beynəlxalq platformalarda fəal iş aparması, Ermənistanın müharibə cinayətlərini ifşa etməsi, bu istiqamətdə BMT-də sənədlər yayması fonunda mövzunun şərhi.