
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərinin dinamik inkişafı, bunun ölkələr üçün əhəmiyyəti
Prezident İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı məktub fonunda mövzunun şərhi edilməsi.
2. ABŞ-nin rüsum “savaşının” dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mümkün təsirləri
ABŞ Prezidenti Donald Trampın bütün ölkələr üçün idxal rüsumlarını 10 faizdən 15 faizə qaldırdığını açıqlaması mövzusunun təhlil edilməsi, iqtisadçı ekspertlərdən mükün təsirlərinin öyrənilməsi.
3. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı
İki ölkənin XİN rəhbərlərinin ikitərəfli münasibətlərin inkişaf prspektivlərini və Sülh Şurasının ilk iclasından irəli gələn məsələləri və müzakirə etməsnə dair məqalə və yazıların hazırlanması.
4. ABŞ-İran gərginliyinin müharibə mərhələsinə keçmə ehtimalının artması
İran ətrafında ABŞ hərbi qüvvələrinin sayının artırılması, danışıqlarda istənilən nəticənin olmaması fonunda mövzunun şərhi.
5. Ukraynanın Azərbaycanın dəstəyini yüksək dəyərləndirməsi
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin ikitərəfli münasibətlərin inkişafına dair səsləndirdiyi fikirlərinin təhlil edilərək bu mövzuya dair müxtəlif materialların yazılması.
