
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. İtaliya və Sloveniyanın Qara dənizdən keçən “Yaşıl Enerji Dəhlizi” layihəsinə qoşulmasının mümkünlüyü, bunun Azərbaycan üçün əhəmiyyəti
Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda səsləndirilən fikirlər əsasında mövzunun şərh edilməsi;
2. Azərbaycan və BƏƏ-nin biznes əlaqələrinin genişlənməsi
Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masa kontekstində mövzuya dair məqalə və şərhlərin hazırlanması;
3. Sülh Şurasının aparıcı beynəlxalq təşkilata çevrilmə perspektivləri
ABŞ Prezidenti Donald Trampın Sülh Şurasının ən əhəmiyyətli beynəlxalq təşkilat ola biləcəyi barədə səsləndirdiyi fikirləri əsas götürərək mövzunun təhlili;
4. Azərbaycanda korrupsiyaya və neqativ hallara qarşı mübarizənin sistemli xarakter alması
Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası fonunda mövzunun şərhi.
5. ABŞ-İran danışıqları
Cenevrədə İranla keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl ABŞ Ordusunun Yaxın Şərqdə hava və dəniz qüvvələrini əhəmiyyətli dərəcədə artırması, bunun qarşı tərəfə təzyiq cəhdi olması fonunda mövzunun şərhi;
