GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın yeni rəqəmsal arxitekturası

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, burada səslənən fikirlər fonunda mövzunun şərh edilməsi;

2. Azərbaycanın Afrika ölkələri ilə müdafiə sənayesi sahəsində əlaqələrinin inkişafı

Somali, Sudan və Burundinin müdafiə nazirliklərinin Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılması, aparılan müzakirələr fonunda mövzunun təhlili;

3. Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyərinin artması

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 268,4 milyon ABŞ dolları təşkil etməsinə dair təhlil və araşdırmaların hazırlanması;

4. Ermənistanda ABŞ-Rusiya “nüvə çəkişməsi”

ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ermənistana səfəri zamanı nüvə enerjisi sahəsində əməkdaşlıqla bağlı əldə edilən razılıqlar, Rusiyanın buna reaksiyası və İrəvanı “Rosatom”la əməkdaşlığın davam etdrilməsinə inandırmaq cəhdləri kontekstində mövzunun şərhi;

5. Azərbaycan və Ermənistn arasında sülh sazişinin bu il imzalanmasının mümkünlüyü

Ermənistanın Baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya müsahibəsində rəhbərlik etdiyi hakimiyyətin gündəliyində parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması planının olmasına dair açıqlamaları, bunun nə dərəcədə mümkün olması istiqamətində yazıların yazılaması və şərh edilməsi.