
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərinin yekunları.
İki ölkə arasında münasibətlərin strateji səviyyəyə yüksəlməsinə dair şərh.
2. Ölkəmizin beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilməsi.
Azərbaycanın Avropa İttifaqının 10, NATO-nun 11 üzvü ilə strateji tərəfdaş olmasına dair Prezident İlham Əliyevin fikirləri əsasında şərh.
3. Azərbaycanın ABŞ üçün investisiya cəlbediciliyinin artması
ABŞ Ticarət Palatasının bu ölkənin nüfuzlu şirkətlərini Azərbaycana sərmayə qoyuluşlarına təşviq etməsi barədə təhlil.
4. Azərbaycanın BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkə olması.
Azərbaycanın beynəlxalq hüquqa hörmət edən, təşkilatın cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizəni önə çəkən konvensiyalarına qoşulan ölkə olması mövzusunda təhlil.
5. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” sərgisində iştirakı.
Beynəlxalq sərgilərdə iştirakın Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından əhəmiyyəti ilə bağlı təhlil.
