GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Ermənistanla münasibətlərə dair açıqlamaları

Prezident İlham Əliyev Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışında bildirib ki, Azərbaycan regionda davamlı sülhün bərqərar olunmasında maraqlıdır. Dövlət başçısı vurğulayıb ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir.


2. Nikol Paşinyanın Azərbaycanla münasibətlərə dair açıqlamaları

Ermənistanın baş naziri Nikol Paşinyan Əbu-Dabidəki çıxışında regionda sülh və sabitliyin alternativsiz olduğunu bildirib. Paşinyan Azərbaycanla münasibətlərin normallaşdırılmasının əhəmiyyətindən danışıb.

3. Azərbaycan və BƏƏ xarici işlər nazirlərinin görüşü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri ilə görüşündə ikitərəfli münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib. Görüşdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


4. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edir

Azərbaycanın təşəbbüsü ilə BMT-də mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş panel müzakirə keçirilib. Tədbirdə Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsində təcrübəsi təqdim olunub, müxtəlif din və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın qlobal sülh üçün əhəmiyyəti vurğulanıb.


5. İran Türkiyənin vasitəçiliyindən imtina etdi

İran ABŞ-la mümkün danışıqların Türkiyənin deyil, Omanın vasitəçiliyi ilə aparılmasını istədiyini açıqlayıb. Tehran bu mövqeyini diplomatik kanalların daha “neytral” mühitdə saxlanılması zərurəti ilə əsaslandırır. Bu qərar regional diplomatik balanslar və İran-Qərb münasibətləri kontekstində diqqət çəkir.