GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin strateji müstəvidə inkişafı.

Prezident İlham Əliyevin bu ölkəyə səfəri, imzalanmış ikitərəfli sənədlər fonunda mövzunun şərhi.

2. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Abu-Dabidə geniş tərkibdə görüşü.

Bu görüşün normallaşma və iqtisadi əlaqələrin bərpası istiqamətində növbəti mühüm addım olmasına dair təhlil.

3. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana xəbərdarlığı.

Avropa İttifaqı ilə yaxınlaşma fonunda Rusiyanın Ermənistanla bağlı narazılıqlarının daha da artması.

4. İsrail-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişafı.

İsrail və Azərbaycan arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandumun imzalanması fonunda təhlil.

5. Ağ Evin İranla Omanda danışıqlar aparmağa razılıq verməsi.

Aparılacaq danışıqlar fonunda İran ətrafında hərbi-siyasi gərginliyin azalması mümkünlüyünə dair şərh.