GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

  1. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri

Bu səfərlər fonunda azad edilmiş ərazilərdə azadlıq-quruculuq, geriyəqayıdış prosesinin genişlənməsi.

  • Ermənistanın hərbi təxribatlarının geniş miqyas alması

Mövqelərimizin son iki həftə ərzində davamlı atəşə tutulması fonunda Ermənistanın sülhə guya hazır olması barədə iddialarının əsassızlığı, bu ölkənin etimad quruculuğuna zərbə vurması ilə bağlı şərhlər.

  • Almaniya Prezident Administrasiyasının saytında yerləşdirilmiş əsassız videomateriala görə qarşı tərəfin Azərbaycandan rəsmi şəkildə üzr istəməsi

Azərbaycanın qətiyyətli xarici siyasət yürütməsi faktının, eləcə də ölkəmizin ərazi bütövlüyünün Almaniya tərəfindən tanınması faktının bir daha vurğulanması.

  • Paris məhkəməsinin Fransada prezidentliyə əsas namizədlərdən biri, “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin seçki hüququndan məhrum edən anti-demokratik qərarı.

Bu qərar fonunda özünü demokratiyanın “beşiyi” sayan Fransada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, E.Makron hakimiyyətinə əsas rəqiblərin inzibati resurslarla “zərərsizləşdirilməsi” cəhdlərinin xüsusi vurğulanması

  • ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı istehsal etməmək barədə razılığa əldə etmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələməsi

Bu açıqlama fonunda ABŞ-İran münasibətlərinin yenidən gərginləşməsi və hadisələrin mümkün axarının təhlili.