
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin dinamik inkişafı.
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, əldə edilən razılıqlar fonunda mövzunun şərhi.
2. Hindistan Ermənistanın əli ilə Cənubi Qafqazda sülhə xələl gətirmək cəhdləri.
Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Anil Çauxanın Ermənistana səfəri, əldə edilən razılıqlar fonunda mövzunun şərhi.
3. Rusiya və Ermənistan arasında münasibətlərdə gərginliyin davam etməsi.
Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistanın xarici siyasətinin diversifikasiyası ilə bağlı dedikləri əsasında mövzunun şərhi.
4. Azərbaycanın Sülh Şurasının qoşulmasının beynəlxalq miqyasda yüksək qiymət alması.
Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirahın bununla bağlı fikirləri əsasında təhlil.
5. Ermənistanla Rusiya arasında yeganə quru yolu olan Lars sərhəd-keçid məntəqəsinin hava şəraiti səbəbindən bağlanması.
Bu kontekstdə rəsmi İrəvanın TRIPP layihəsinin tez bir zamanda reallaşdırılması vacibliyini bir daha etiraf etməsi və Azərbaycanın ərazisindən Rusiyaya taxılının daşınması ilə şərh.
