
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. 2 fevral – Azərbaycan Gəncləri Günü
Azərbaycanda Gənclər Gününun gənclərin cəmiyyətin inkişafındakı rolunu, onların sosial, intellektual və yaradıcı potensialını təşviq etmək məqsədilə qeyd olunması önə çəkilməsi, ölkə gənclərinin cəmiyyətin bütün sferalarında layiqli təmsil olunmasına dair şərh və təhlili yazıların hazırlanması;
2. İran-Azərbaycan prezidentlərinin telefon danışığı
Azərbaycan və İran prezidentləri arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlər, regional proseslər və qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi önə çəxarılaraq mövzunun geniş şərh edilməsi, tərəflərin dialoqun davam etdirilməsinin vacibliyini vurğulaması istiqamətində yazıların yazılması;
3. Xəzər dənizinin problemləri
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşündə Xəzər dənizinin ekoloji problemləri, biomüxtəlifliyin qorunması və ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzinə çəkməsi fonunda mövzunun diqqətdə saxlanılması və təhlili;
4. İranın xarici işlər naziri Abbas Araqçinın ölkəsində baş verənlərlə bağlı açıqlamaları
İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri zamanı regionda artan gərginlik və ABŞ ilə münasibətlərə toxunaraq, İrana qarşı hər hansı hücumun sərt cavabla qarşılanacağını bildirməsinə dair mövzunun şərh edilməsi və baş verənlərin ölkəmizə təsir imkanlarının araşdırılması;
5. Yaponiyadakı seçki prosesi
Yaponiyanın siyasi gündəminin yeni baş nazirin seçilməsi prosesinə fokuslanması, hakim dairələr və partiyalar ölkənin iqtisadiyyatı, təhlükəsizliyi və regional siyasəti ilə bağlı prioritetlər üzərində müzakirələrin intensivləşməsi fonunda mövzunun şərh edilməsi.
