
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın öz ərazisindən İrana qarşı istifadəyə yol verməyəcəyinə dair.
İki ölkənin XİN rəhbərlərinin apardığı danışıqlar fonunda mövzunun şərhi.
2. Azərbaycanın regional məlumat tranzit mərkəzinə çevrilməsinin mümkünlüyü, bunun yaradacağı üstünlüklər.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatı fonunda mövzunun şərhi.
3. N.Paşinyanın Ermənistanın təhlükəsizlik konsepsiyası etirafı.
Ermənistan baş nazirinin ölkənin əvvəlki təhlükəsizik konsepsiyasının qeyri-effektiv və səmərəsiz olması, regional əməkdaşlığın vacibliyi barədə səsləndirdiyi fikirləri ilə bağlı təhlil.
4. Ermənistan radikal qüvvələrinin TRIPP layihəsinə qarşı hərəkətə keçməsi.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ABŞ-nin Cənubi Qafqaza heç bir iqtisadi fayda vermədən TRIPP layihəsini təşviq etdiyi barədə açıqlaması fonunda mövzunun şərhi.
5. ABŞ Prezidenti Donald Trampln İran rəhbərliyini nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırması.
ABŞ-nin regiona hərbi donanma yığması fonunda mümkün eskalasiya ilə bağlı mövzunun şərhi.
