GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan enerji strategiyasının qlobal uğuru

SOCAR-ın xarici ölkələrdəki fəaliyyəti fonunda mövzunun şərhi

2. Zəngəzur dəhlizinin Ermənistan ərazisində çəkiliş prosesinin sürətlənməsi

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevralda Azərbaycan və Ermənistana gözlənilən səfəri fonunda mövzunun şərhi

3. Azərbaycanda sahibkarlıq subyektlərinə dövlət dəsətyinin davam etdirilməsi

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılmasının nəzərdə tutulması, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində bunun öz əksini tapması kontekstində mövzunun şərhi

4. Azərbaycan-Bəhreyn əlaqələrinin dinamik inkişafı.

İkitərəfli münasibətlərin tarixi inkişaf mərhələləri və hazırkı səviyyəsinə dair şərh.

5. Rusiya-Ermənistan arasında münasibətlərin daha da gərginləşməsi.

Rusiya Dövlət Dumasında Ermənistanda dövlət çevrilşi ittihamlarında günahlandırılan iş adamı Samvel Karapetyanın müdafiəsi ilə bağlı səslənən son fikirlər kontekstində mövzunun şərhi.