
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Davos gündəmində Azərbaycanla Ermənistan arasında sülh prosesi.
Azərbaycan və Ermənistan prezidentlərinin, digər ölkə təmsilçilərinin bu xüsusda Davosda verdikləri açıqlamalar kontekstində mövzunun şərhi.
2. Azərbaycanın Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul etməsi.
Bu təklifin ABŞ-nin Azərbaycana olan etomadının növbəti göstəricisi olması, Şuraya üzvlüyün ölkəmizin imicinə müsbət təsiri.
3. Azərbaycanın qlobal təhdidləri və bəzi beynəlxalq təşkilatların qərəzli iddialarını inamla dəf etməsi.
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində bununla bağlı səsləndirdiyi fikirləri əsasında təhlil.
4. ABŞ-ın Suriya ilə bağlı tarixi qərarı və bunun region üçün əhəmiyyəti.
ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın ölkəsinin Suriya Demokratik Qüvvələri ilə tərəfdaşlığının sona çatmasına dair verdiyi açıqlamalar fonunda mövzunun şərhi.
5. Ölkəmizdə günəş enerjisindən istifadə potensialı.
Günəş enerjisinin ekoloji və iqtisadi faydaları fonunda araşdırma.
