
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin xalqa bayram təbriki və işğaldan azad edilmiş ərazilərdə insanlarla görüşü
Prezident İlham Əliyev ənənəvi olaraq xalqı Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Ağdərə rayonuna səfər edərək, yerli sakinlərlə görüşüb, tarixi qələbənin əhəmiyyətindən danışıb.
2. Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı sərəncamı
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə sərəncam imzalayıb. Sərəncamda AMEA-nın elmi-tədqiqat sahəsindəki nailiyyətləri qeyd olunub və yubileyin yüksək səviyyədə qeyd edilməsi üçün tədbirlər planının hazırlanması tapşırılıb.
3. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərini atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkətlərini qınamağa çağırıb.
4. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin prinsiplərinin razılaşdırılması xəbərini Rusiya, İran və Makronla bölüşməsi
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırıldığını bəyan edib. O, bu xəbəri Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian və Fransa Prezidenti Emmanuel Makronla bölüşüb. Paşinyanın nədən bu ölkələri seçməsi Ermənistanın sülh sazişi ilə bağlı səmimiyyətində şübhələri daha da gücləndirib.
5. Rusiya prezidenti Vladimir Putinlə Donald Trampın telefon danışığı
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanması barədə razılığa gəliblər.