GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Ölkənin su təhlükəsizliyinin təmini, Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə fonunda mövzunun şərhi.

2. Azərbaycanın elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsi.

Prezident İlham Əliyevin son çıxışları fonunda bu mövzuda şərhlər.

3. Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafı.

 Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi, aparılan müzakirələr kontekstində mövzunun şərhi.

4. ABŞ  və Avropa arasında Qrenlandiya ziddiyyətinin savaşa çevrilmə ehtimalı.

ABŞ-ın Qrenlandiyanı istənilən yolla ilhaq edəcəyi, Avropa İttifaqının buranı müdafiə üçün hərəkətə keçməsi kontekstində mövzunun şərhi.

5. Rusiya-Ermənistan münasibətlərində ziddiyyətlərin yenidən kəskinləşməsi.

Rusiyanın dövlət televiziya kanalında Solovyovun açıqlamalarından sonra bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkinin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılması və ona etiraz notasının verilməsi fonunda təhlil.