
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması.
Bu il daha iki Avropa ölkəsinin Azərbaycanın boru kəməri vasitəsilə ölkəmizdən təbii qaz idxal etməyə hazırlaşması fonunda mövzunun şərhi.
2. Azərbaycandan Ermənistana benzin satışı fonunda ikitərəfli ticarət əlaqələrinini bərpasının beynəlxalq arenda təqdir edilməsi.
Almaniya və digər ölkələrin bununla bağlı bəyanatları ilə bağlı təhlil.
3. Ermənistanın hələ də Azərbaycana minalanmış ərazilərin dəqiq xəritəsini təqdim etməməsi.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlə irəliləməsi, buna rəğmən, qarşı tərəfin hələ də minalı ərazilərin dəqiq xəritəsini ölkəmizə təqdim etməməsi, nəticədə yenə mina qurbanlarının olması kontekstində mövzunun şərhi.
4. Ukraynanın humanitar dəstəyə görə Azərbaycana təşəkkürünü bildirməsi.
Ölkəmizin humanitar missiyasının Ukrayna və digər ölkələr tərəfindən razılıqla qarşılanması fonunda təhlil.
5. İranda dini isteblişmentə qarşı etirazların genişlənməsi.
İranda davam edən etiraz aksiyaları, bunun mümkün nəticələri, Güney Azərbaycanda yaşayan soydaşlarımıza təsiri fonunda mövzunun şərhi.
