GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanda dini qurumlara dövlət dəstəyi, bunun əhəmiyyəti

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dini qurumlara ümumilikdə 6,3 milyon manat maliyyə yardımı ayrılması fonunda mövzunun şərhi.

2. Azərbaycan və Ermənistan arasında ticarət münasibətlərinin dərinləşməsi, bunun sülh və əməkdaşlıq prosesinə təsiri.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükünün həyata keçirilməsi kontekstində mövzunun şərhi.

3. Azərbaycanla Suriya arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi.

İki ölkənin İşgüzar Şurasının yaradılmasının əhəmiyyəti fonunda təhlil.

4. 2026-cı ilin Orta Dəhlizin inkişafında mühüm mərhələ olacağı.

Orta Dəhlizlə yükdaşımaların ilbəil artımı, bu sahədə həyata keçirilən tədbirlər fonunda mövzunun şərhi.

5. İranda genişlənən etiraz aksiyalarının mümkün nəticələri

İranda genişlənən etiraz aksiyalarının bu ölkə üçün mümkün nəticələri və regionda ümumi vəziyyətə gözlənilən təsirləri fonunda mövzunun şərhi.