
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasənda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, birgə hərbi təimlərin keçirilməsi.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd olunan xüsusda səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.
2. Azərbaycan-Çin münasibətlərində dinamik yüksəliş mərhələsi.
İki ölkə arasında müxtəlif istiqamətlər, o cümlədən iqtsadi sahədə əlaqələrin sürətli inkişafı, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı dedikləri fonunda mövzunun şərhi.
3. Əhalinin sosial rifahı dövlət siyasətinin prioritet istiqaməti kimi.
Azərbaycanın dövlətinin sosial siyasəti, bu istiqamətdə cari ildə atılacaq addımlar, Prezident İlham Əliyevin qeyd edilən xüsusda yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.
4. Azərbaycanın ənənəvi və yaşıl enerji sektorunda mövqelərinin güclənməsi.
Ötən il bu sahədə əldə edilən nailiyyətlər və 2026-cı ildə icrası planlaşdırılan layihələr fonunda mövzunun şərhi.
5. Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcək tədbirlər.
Ən müxtəlif tədbirlərin ölkəmizdə keçirilməsinin siyasi və iqtisadi əhəmiyyətinə dair təhlil.
