GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Cari ilin siyasi və sosial-iqtisadi yekunları.

2025-ci il ərzində Azərbaycanın siyasi və iqtisadi müstəvidə əldə etdiyi nailiyyətlər fonunda mövzunun şərhi.

2. Azərbaycan və Ermənistan arasında Gürcüstan üzərindən ticarətin davam etməsi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstandan olan həmkarı Maka Botçorişvili ilə telefon danışığı əsasında mövzunun şərhi.

3. Rəsmi Bakının 2025-ci il üçün sülh və etimad quruculuğu siyasətinin nəticələri.

Rəsmi Bakının il ərzində yürütdüyü siyasətin Ermənistanla münasibətlərin normallaşdırılmasına və yeni geosiyasi reallıqların dünyada qəbuluna gətirib çıxarmasına dair şərh.

4. Böyük Qayıdışın uğurla davam etməsi.

Cari il ərzində Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 32 yaşayış məntəqəsinə – 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsinin təmin edilməsi fonunda mövzunun şərhi.

5. Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının növbəti dəfə təmirə dayandırılacağı.

Sülh istiqamətində irəliləyişlərə rəğmən, Ermənistanın Cənubi Qafqazda ekoloji tarazlığı pozan davranışlarıdavam etdirməsi, bu AES-in region üçün ciddi təhdid olaraq qalması.