GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. MDB Dövlət başçılarının qeyri-rəsmi sammiti

Təşkilatın Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti və müzakirə olunan məsələlər fonunda mövzunun şərhi edilməsi;

2. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişlənməsi

Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunları kontekstində təhlili yazıların hazırlanması;

3. ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməsi

ABŞ-nin sülh və rifahı irəli aparmaq, Cənubi Qafqazın iqtisadi potensialının üzə çıxarılmasını təşviq etmək üçün dəyərli strateji tərəfdaş kimi Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olmasına dair ABŞ-nin Azərbaycandakı səfirliyinin açıqlaması fonunda mövzuya dair məqalə və araşdırmaların hazırlanması;

4. Mümkün yeni İsrail-İran savaşı

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperlə telefon danışığı zamanı İranın mümkün raket hücumları barədə səsləndirdiyi fikirlər kontekstində mövzunun şərhi;

5. Yaponiyaynın Orta Dəhlizə cəlb olunması, bunun əhəmiyyəti

Tokioda baş tutan ilk Mərkəzi Asiya-Yaponiya Dialoqu sammiti fonunda mövzunun təhlili.