
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Avropa Parlamentinin anti-Azərbaycan siyasəti
Avropa Parlamentinin dekabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli, əsassız qətnamə fonunda mövzunun şərh edilməsi;
2. Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinin sülh gündəminə təsiri
Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinin ölkəmizin sülh gündəminə sadiqliyininin daha bir təzahürü olması ilə bağlı mövzuya dair təhlili yazıların yazılması;
3. Ermənistanda dini zəmində toqquşmalar
Ermənistanın Eçmiədzin şəhərində bütün ermənilərin katolikosunun əleyhdarları və tərəfdarları arasında baş verən toqquşma kontekstində mövzuya dair məqalə və yazıların hazırlanması;
4. 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası
İki ölkə arasında hərbi-siyasi müttəfiqliyin yüksələn xətlə inkişafına dair açıqlama, müsahibə və məqalələrin yazılması;.
5. Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə sona çatmasının mümkünlüyü
ABŞ Prezidenti Donald Trampın Ağ evdə mövzu ilə əlaqədar jurnalistlərə açıqlamaları fonunda mövzunun təhlil edilməsi.
