GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın Yaxın Şərq bölgəsində mövqelərinin güclənməsi

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fonunda mövzu ilə bağlı rəy, məqalə və təhlili yazıların hazırlanması;

2. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı və nazirliyin yaradılmasının 20 illik yubileyi ilə əlaqədar tədbirdə səsləndirdiyi fikirlər kontekstində mövzunun şərh edilməsi;

3. ABŞ-Venesuela gərginliyinin neft bazarına təsiri

Venesuelanın ABŞ tərəfindən blokadaya alınması, neft ticarətinə tətbiq edilən məhdudiyyətlərin dünya bazarında neftin qiymətlərinə mümkün təsirinin təhlili;

4. Rusiyanın Mərkəzi Asiya ilə siyasi məsləhətləşmələri

Moskvanın üzləşdiyi sanksiyalar fonunda Mərkəzi Asiyada mövqelərini qoruyub saxlamaq istəyi ilə bağlı şərhi;

5. Ermənistanın mina terrorunun davam etməsi

Ağdamda traktorun tank minasına düşməsi və sürücüsünün ağır xəsarət alması fonunda mövzuya dair məqalə, araşdırma və təhlili yazıların yazılması.