
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. XII Qlobal Bakı Forumunun nəticələri.
Dünyada ziddiyyətlərin dərinləşməsi fonunda yaranan problemlərdən çıxış yollarının müəyyən olunmasında XII Qlobal Bakı Forumunun nəticələrinin böyük əhəmiyyətə malik olması kontekstində mövzunun şərhi.
2. Ermənistanın sülhə xələl gətirməsi.
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətnin razılaşdırıldığı bir vaxtda Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasının barışa zərər vurması, ermənilərin real sülhə qarşı olması fonunda mövzunun şərh edilməsi
3. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun səfəri.
Valentina Matviyenkonun səfəri, keçirdiyi görüşlər, bunun Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təsiri kontekstində mövzunun şərhi.
4. Prezident İlham Əliyevin Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləməsi.
Azərbaycanın İslam dünyası ilə əlaqələrinin genişlənməsi, beynəlxalq nüfuz və mövqelərini gücləndirməsi kontektsində mövzunun şərhi.
5. Azərbaycanın irəli sürdüyü ikitərəfli danışıqlar formatının uğurlu nəticələri, Ermənistanla əldə etdiyi nəticələrin dünyada dəstəklənməsi.
Ermənistanın indiyədək Azərbaycanın irəli sürdüyü bütün təklifləri qəbul etmək məcburiyyətində qaldığı, bundan sonra da sülhə maneə yarada bilməyəcəyi fonunda mövzunun şərhi.