
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzuları aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri
Mövzu işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin intensiv xarakter alması baxımından geniş işıqlandırılmalıdır.
2. Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşünün nəticələri
Mövzu dünyada yeni geosiyasi mənzərənin yaranması kontekstində şərh edilməlidir.
3. Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlaması
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi və bu kontekstdə ən yaxşı nümunələrdən birini yaratması, tədbirin ölkəmizin dünyada mövqeyinin daha da güclənməsinə xidmət etməsi baxımından mövzu diqqətdə saxlanılmalıdır.
4. Baş nazir Əli Əsədovun Tehrana işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşü zamanı müzakirə olunan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti
Yeni layihənin reallaşması nəticəsində Azərbaycanın tranzit əhəmiyyəti daha da artacaq, Zəngəzur dəhlizinin açılmasını gecikdirən Ermənistan isə dalan dövlət kimi qalacaq. Mövzu işlənərkən bu məqamlar diqqətdə saxlanıla bilər.
5. Bakıda Qarabağ separatçılarının məhkəmə prosesi zamanı Araik Harutyunyanın verdiyi ifadələr
Mövzu Ermənistanın müharibə cinayətlərinin miqyasının dünyaya çatdırılması baxımından əhəmiyyətlidir.