
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın rəqəmsal transformasiyanı strateji prioritet elan etməsi
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitin nəticələrinin icrasının ümumi baxışı ilə bağlı yüksək səviyyəli iclasında çıxışı zamanı qeyd edilən müstəvidə səsləndirdiyi fikirləri əsasında mövzununşərh edilməsi;
2. Türkiyənin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə dəstəyi
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın sülh prosesi ilə paralel ölkəsinin Ermənistanla normallaşma istiqamətində atacağı addımlar barədə fikirlərinə dair təhlili yazıların hazırlanması;
3. Böyük Qayıdış prosesinin sürətlənməsi
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Ağdam rayonunun Xıdırlı kəndinə, Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə köç karvanları yola salınması kontekstində mövzuya dair məqalə və müxtəlif yazıların yazılması;
4. İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı əsassız narahatlıqlarının yenidən baş qaldırması
İranın ali dini liderinin xarici işlər üzrə müşaviri Əli Əkbər Vilayətinin, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluginin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları fonunda mövzunun təhlili;
5. Avropa İttifaqının Ermənistanı Rusiyaya qarşı qoymaq cəhdləri.
Təşkilatın Ermənistana yardımlar müqabilində İrəvandan Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb etməsinin şərhi.
