GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda keçirilən III beynəlxalq konfrans.

Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində tezislər əsasında mövzusunda şərh.

2. Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri.

Prezident İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı kontekstində mövzunun şərhi.

3. Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlığın inkişafı.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin Bakıya səfəri, keçirdiyi görüşlər fonunda mövzunun şərhi.

4. Azərbaycan-Ermənistan arasında sülhün həlli uzanan münaqişələrin çözümü üçün modelə çevrilməsi.

Avstriyanın paytaxtı Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclasında Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaların və tərəflər arasında davam edən sülh prosesinin dünyada  həlli uzanan münaqişələrin çözümü üçün modelə çevrilə biləcəyinə dair səslənən fikirlər kontekstində mövzunun şərhi.

5. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Gümrü meri Vardan Qukasyanın həbsi və digər məsələlər fonunda Ermənistan hakimiyyətinə qarşı yeni ittihamları.

İkitərəfli münasibətlərdə etimadsızlıq və gərginliyin davam etməsinə dair şərh.