
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişafı
Prezident İlham Əliyevin bu ölkədən olan həmkarına təbrik məktubu və son zamanlar keçirilən birgə tədbirlər fonunda mövzunun şərh edilməsi.
2. Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə üzv seçilməsi
Azərbaycanın Komitəyə üzv seçilməsinin ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisi olması barədə təhlili yazıların hazırlanması.
3. Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası.
Mövzunun ölkəmizin Avropa İttifaqının nümayəndələri ilə bu sahədə apardığı müzakirələr kontekstində təhlil edilməsi.
4. Ermənistanın Azərbaycanla sülhün institutlaşdırılması üçün səylərini davam etdirəcəyini bəyan etməsi
Ermənistan XİN rəhbəri A.Mirzoyanın Brüsseldə keçirilən mətbuat konfransında ikitərəfli sülh və etimad quruculuğu barədə səsləndirdiyi fikirlərinə dair məqalə və şərhlərin yazılması.
5. Avropa İttifaqının Brüsseldəki diplomatik xidmət qərargahında axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerinin saxlanılması.
Dünyaya demokratiya dərsi keçən Avropa ölkələrinin özündə bu sahədə problemlərin qabarıq görünməsi mövzusunda şərhi.
