GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. XII Qlobal Bakı Forumunun əhəmiyyəti və orada müzakirə edilən məsələlər

On ikinci dəfə Bakıda keçirilən forumda müzakirə edilən məsələlər dünya gündəmini təşkil edir və beynəlxalq ictiamiyyəti narahat edən məsələlərin həllinə yönəlib.

2. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması

Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri sülh müqaviləsinin mətninin tam razılaşdırıldığını açıqlayıb. Bu, regionda uzunmüddətli sabitliyin təmin olunması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması istiqamətində mühüm addım hesab olunur.

3. Nikol Paşinyanın Türkiyə mətbuatına müsahibəsi.

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə mətbuatına verdiyi müsahibədə Ankara ilə münasibətlərin normallaşmasının strateji əhəmiyyətini vurğulayıb. O, Ermənistan-Türkiyə dialoqunun zaman tələb etdiyini və bu prosesdə ehtiyatlı davranılmasının vacibliyini bildirib.

4. Ermənistan qondarma “erməni soyqırımı”nı xarici siyasətin prioritetləri sırasından çıxardır

Nikol Paşinyan “erməni soyqırımı” məsələsinin artıq Ermənistanın xarici siyasət prioritetlərindən biri olmadığını bəyan edib. O, bu mövzunun tarixi kontekstdə qiymətləndirilməli olduğunu və indiki mərhələdə Ermənistanın Türkiyə ilə əlaqələrin qurulmasına diqqət yetirməsinin vacibliyini vurğulayıb.

5. Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynada hərbi əməliyyatları dayandırmaq təklifi ilə razılaşıb

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifini qəbul etdiyini açıqlayıb. Lakin Moskva atəşkəsin yalnız qarşılıqlı şərtlər əsasında mümkün ola biləcəyini bildirərək Vaşinqtonun konkret addımlar atmasını gözlədiyini vurğulayıb.