
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Ərzaq təhlükəsizliyinə dair təminat xəritəsi
Prezident İlham Əliyevin imzaladığı Fərmanla ölkədə “Ərzaq təminatı xəritəsi” adlı yeni informasiya sistemi yaradılır. Platforma ərzaq ehtiyatları, logistika, idxal-ixrac kanalları və satış infrastrukturunu real vaxtda izləməklə dövlətin ərzaq təhlükəsizliyi idarəçiliyini gücləndirəcək.
2. Orta Dəhlizdə yeni mərhələ
Bakıda “Avrasiya Nəqliyyat Marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsis toplantısı keçirilib. Azərbaycan sədrliyi ilə fəaliyyətə başlayan qurum Orta Dəhlizin rəqabətliliyini artırmaq, logistika zəncirlərini vahidləşdirmək və yeni yük axınları yaratmaq məqsədi daşıyır.
3. TDT-nın QHT platforması təsis olundu
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platforma yaradılıb. Struktur türk dünyasında ictimai diplomatiya, humanitar əməkdaşlıq və QHT-lərin koordinasiyasını gücləndirməyi hədəfləyir.
4. Kiyev Trampın planı ilə razılaşır
Ukrayna Vaşinqtonun təklif etdiyi sülh planının şərtləri ilə əsasən razılaşıb. Planın 28 bənddən 19 bəndə endirildiyi bildirilir. Hazırda Əbu-Dabidə ABŞ və Rusiya arasında danışıqlar davam edir.
5. Ermənistan “Tejas” almayacaq
Dubay aviaşousunda Hindistan istehsalı olan “Tejas” qırıcısının qəzaya uğramasından sonra Ermənistan Dehli ilə 1,2 milyard dollarlıq 12 təyyarə üzrə danışıqları dayandırıb. Qərar İrəvanın silahlanma strategiyasında yenidən qiymətləndirməyə səbəb olub.
