
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. ABŞ-nin Cənubi Qafqaz regionuna və Azərbaycana marağının artması.
Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda aparılan müzakirələr fonunda mövzunun şərhi.
2. Böyük qayıyış və Zəngəzur dəhlizi üzrə görülən işlərin sürətlənməsi.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaranmasının 5 illiyi münasibətilə keçirilən iclas cvə qurum üzvlərinin Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olması kontekstində mövzunun şərhi.
3. Azərbaycan və NATO arasında əməkdaşlığın inkişafı.
2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, təşkilatın ölkəmizlə əməkdaşlığı genişləndirməsinə dair təhlil.
4. ABŞ-nin V.Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq niyyəti.
Ukrayna müharibəsinin uzanması, güzəştlərin olmaması fonunda Tramp Administrasiyasının V.Zelenski hakimiyyətindən narazılığının güclənməsi mövzusunda şərh.
5. Çin-Cənubi Koreya münasibətləri
Uzaq Şərqdə yeni siyasi arxitekturanın formalaşması və bu kontekstdə iki ölkənin münasibətlərin gərginliyin azalmasına dair təhlil.
