
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. XII Qlobal Bakı Forumunun Azərbaycan və dünya üçün əhəmiyyəti.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunun Azərbaycan və dünya üçün əhəmiyyəti fonunda şərhlərin verilməsi;
2. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi.
Ermənistanda yeni konstitusiya layihəsinin hazırlanması, iki ölkənin beynəlxalq platformalardan bir-birinə qarşı iddiaları geri götürməyi, dövlətlərarası sərhədindən üçüncü tərəflərin çəkilməsi məsələsini müzakirə etməsi fonunda sülh müqaviləsinin cari il ərzində imzalanma ehtimalının artması fonunda mövzunun şərhi;
3. Avropa Parlamentinin anti-Azərbaycan siyasətini davam etdirməsi.
Avropa Parlamentində Bakıda məhkəməsi keçirilən Qarabağ separatçıları ilə bağlı məsələnin qərəzli kontekstdə müzakirəsi fonunda sözügedən qurumun anti-Azərbaycan siyasətinin şərh edilməsi;
4. Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında müstəmləkəçilik siyasətinin yaratdığı sosial və iqtisadi problemləri diqqətə çəkməsi.
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və keçirdiyi tədbirlər nəticəsində Fransanın kolonializm siyasətinin ifşası, rəsmi Parisin bundan təşviş keçirərək rəsmi Bakının ünvanına əsassız ittihamlar səsləndirməsi;
5. ABŞ nümayəndələrinin atəşkəs razılaşmasını müzakirə etmək üçün Rusiyaya gəlmələri.
ABŞ-ın Ukrayna-Rusiya müharibəsində təşəbbüsü ələ almaq cəhdləri fonunda Ukrayna Prezidentinin ərazi itkisinə səbəb olacaq hər hansı atəşkəs və sülhün mümkünlüyünü inkar etməsi.