GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanda dövlət idarəetmə prosesində islahatların davam etdirilməsi

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra icra başçılarını  qəbul edərkən səsləndirdiyi fikirlər fonunda mövzunun şərh edilməsi;

2. Bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsi  

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra icra başçılarını  qəbul edərkən bölgələrdə məşğulluqla  bağlı səsləndirdiyi fikirlər əsasında təhlil yazılarının yazılması;

3. Azərbaycanın qlobal xarakterli proseslərdə rolunun artması

Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində Azərbaycanın Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik etməsinin əhəmiyyətini göstərən məqalə və açıqlamaların hazırlanması;

4.  Zəngəzur dəhlizinin inşası, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı prosesin sürətlənməsi

Mövzunun Ermənistanın Baş naziri Nikol Paşinyan və  baş nazirin müavini Mher Qriqoryan parlamentdə son çıxışları zamanı səsləndirilən fikirlərin geniş təhlil edilməsi

5. Əhali gəlirlərinin və demoqrafik dəyişikliklərin DSMF-nin dayanıqlığına yarada biləcəyi mümkün risklər

Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsinə verilən rəy və burada yer alan fikirləri əsas götürərək mövzunun şərhi.