
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-NATO əməkdaşlığının dinamik inkişafı
Prezident İlham Əliyevin NATO nümayəndə heyətini qəbul etməsi, qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı aparılan müzakirələr fonunda mövzunun şərh edilməsi
2. Zəfər Gününün Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində qeyd edilməsi
Zəfər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, Azərbaycanın qələbəsinin beynəlxalq miqyasda qeyd olunması fonunda mövzunun şərhi.
3. Zəngəzur dəhlizinin Avrasiya üçün artan əhəmiyyəti
Mövzunun ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin liderləri arasında Ağ Evdə görüşü zamanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP barədə səsləndirilən fikirlər kontekstində şərhi.
4. Vergi güzəştlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya cəlbediciliyini artırması
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən son dəyişikliklər fonunda mövzunun şərhi.
5. Gözlənilən ABŞ-Venesuela savaşının qlobal neft bazarına təsiri
ABŞ Senatı Prezident Donald Tramp administrasiyasından qanunvericilik təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməməyi tələb edən qətnaməni rədd etməsi, bunun neft bazarına mümkün təsirləri fonunda mövzunun şərhi.
