GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1.Azərbaycanın ərəb dünyası üçün önəminin artması

Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahinin müvafiq açıqlamaları fonunda mövzunun şərhi.

2.Azərbaycanın mədəni sahədə nailiyyətlərində “Art Weekend” festivalının əhəmiyyəti

“Art Weekend” festivalı çərçivəsində ölkəmizdə keçirilən son tədbirlər fonunda mövzunun şərhi.

3.Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə səfəri, bunun ölkəmiz üçün önəmi

Mövzunun Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə sayca 20-ci səfəri kontekstində şərhi.

4.Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun artması

Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun 31 milyard 041,8 milyon manat təşkil etməsi, bunun ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 9,3 faiz çox olması, ölkə iqtisadiyyatı üçün bunun əhəmiyyəti fonunda mövzunun şərhi.

5.Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasında qarşıdurmanın final mərhələsinə daxil olması

Ermənistanda mövcud hakmiyyətin bütün ermənilərin katolikosu II Qaregini gələn il parlament seçkilərinə qədər tutduğu vəzifədən azad etməyə çalışması, kilsənin indiki rəhbərliyinin buna müqaviməti fonuda mövzunun şərhi.