GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1.Azərbaycan və Şimali Makedoniya əlaqələrinin inkişafı

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri, iki ölkə arasında əlaqələrin inkişafı, xüsusən də enerji sektorunda əməkdaşlığın dərinləşməsi fonunda mövzunun şərhi.

2.Avropa İttifaqının Ermənistandakı missiyasının “binokl diplomatiyası”nın davam etdirilməsinin regionda vəziyyəti gərginləşdirməsi

Mövzunun Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin davam etdirməsi, bunun regionda vəziyyəti gərginləşdirməsi, baş verənlərin aprel ayında Ermənistanın müharibəyə başlaya biləcəyinə zəmin yaratmasına dair yayılan məlumatlar fonunda şərhi.

3.Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqları

Rusiya-Ukrayna cəbhəsində döyüşlərin intensivləşməsi fonunda Ukrayna və ABŞ-ın yüksəkrütbəli rəsmilərinin Səudiyyə Ərəbistanında görüşü, əldə olunan razılaşmalar və onların nələrə gətirib çıxaracağı kontekstində mövzunun şərhi.

4.Ermənistan Konstitusiyası çərçivəsində Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ciddi maneə kimi.

Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstana səfəri çərçivəsində Ermənistanla sülh danışıqları ilə bağlı səsləndirdiyi fikirləri bir daha göstərir ki, qarşı tərəf etimad quruculuğuna maneə yaradan addımlarını davam etdirir. 

5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın məhkəmə prosesi

Ermənistanın mediası və diasporunun Bakıda keçirilən məhkəmə prosesi əleyhinə apardığı kampaniyanın əsassızlığı, bu prosesin qarşı tərəfin müharibə cinayətlərinin ifşası baxımından əhəmiyyəti.