
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması
Prezident İlham Əliyevin Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşü, ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyəti barədə aparılan müzakirələr fonunda mövzunun şərhi.
2. Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın gücləndirilməsi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşü, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi barədə əldə olunan razılıqla əlaqədar təhlili yazıların hazırlanması
3. ABŞ hökumətinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırması
Mövzunun ABŞ hökumətinin ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırması, bunun Cənubi Qafqazda proseslərin inkişafına necə təsir edəcəyi kontekstində təhlil və şərh edilməsi.
4. Azərbaycandakı tolerantlıq mühitinin dünya üçün uğurlu model olaraq qalması
Qlobal Tolerantlıq və Sülh Şurasının Prezidenti Əhməd Əlcərvanın Milli Məclisdə “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında çıxışı zamanı ölkəmizdəki tolerantlıq mühiti ilə bağlı dediklərinə əsaslaraq mövzunun geniş şəkildə şərh edilərək təqdim edilməsi
5. Azərbaycanın beynəlxalq miqyasda daha güclü mövqe sahibinə çevrilməsi
Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfransda müxtəlif xarici ölkə rəsmilərinin Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlı səsləndirdiyi fikirləri əsas götürərək ölkəmizin uğurlarını müsahibə, araşdırma və təhlil yazıları ilə göstərilməsi.
