GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan və Çinin Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcminin artırılması istiqamətində birgə fəaliyyəti

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niu Pinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dəhlizlə yük axınlarının artırılması məqsədilə əldə olunan razılıqlar fonunda mövzunun şərh edilməsi

2. Rusiya və Azərbaycan mədəniyyətlərarası dialoqun bərpası

Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun ölkəsi ilə Azərbaycan arasında mədəni dialoqun, əməkdaşlığın hər iki tərəfin maraqlarına və iradəsinə uyğun olaraq tezliklə bərpa olunacağına dair verdiyi açıqlamalarına dair təhlil və məqalələrin yazılması

3. Böyük Qayıdış prosesinin uğurla davam etdirilməsi

Mövzunun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanının yola salınması, ümumiyyətlə, azad olunmuş ərazilərə köçün daha intensiv xarakter almağa başlaması istiqamətində genişləndirilməsi, rəy və şərh formasında təqdimatı

4.  Azərbaycan və Ermənistan arasında sülh üçün həlledici mərhələ

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı 2026-cı ilin sülh üçün həlledici mərhələ olacağını bildirməsi, revanşist qüvvələrin bunu yenə əngəlləməyə cəhd etməsi fonunda mövzunun təhlili.

5. Ermənistanın Azərbaycandan məhsul idxalında maraqlı olması

Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın ölkəsinin Azərbaycandan mal idxalında maraqlı olması ilə bağlı səsləndirdiyi fikirlərinin şərhi.