GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. ABŞ-nin Cənubi Qafqaz siyasətində yeni mərhələ

ABŞ-nin paytaxtı Vaşinqtonda “Hudson” İnstitunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfrans və burada səslənən fikirlər fonunda mövzunun şərh edilməsi.

2. Azərbaycan-Ermənistan sülh prosesində vətəndaş cəmiyyətinin rolu

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin Ermənistana səfəri, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana gözlənilən cavab səfəri ilə bağlı məqalə və təhlili yazıların hazırlanması

3. Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiya prosesinin sürətlənməsi

Mövzunun Azərbaycan ilə Qazaxıstan arasında ticarət və logistikanın genişlənməsi kontekstində şərhi.

4.  Latın Amerikasında yeni müharibə ocağı

ABŞ Prezidenti Donald Trampın ABŞ ordusunun Venesuelada narkokartellərə qarşı quru əməliyyatına başlaya biləcəyi, Venesuelanın ABŞ-nin ölkə ilə bağlı siyasətinin müharibəyə yol aça biləcəyi ilə bağlı xəbərdarlıqları istiqamətində təhlil və şərhlərin yazılaması.

5. Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının şiddətlənməsi

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı zamanı Erməni Apostol Kilsəsi, o cümlədən II Qareqin barədə səsləndirdiyi fikirlərinin hansı nəticələrə səbəb olacağı istiqamətində mövzunun şərh və təhlil edilməsi.