
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafının daha dinamik hala gəlməsi, bunun iki ölkə ilə yanaşı, türk dünyası üçün əhəmiyyəti
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri, “Kazinform”a müsahibəsində sözügedən xüsusda səsləndirdiyi fikirlər əsasında mövzunun şərhi.
2. Azərbaycan və Qazaxıstanın Xəzərin mühafizəsi istiqamətində fəaliyyəti
Xəzər dənizinin dayazlaşması problemi, Azərbaycan və Qazaxıstanın buna qarşı fəaliyyəti, Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində bununla bağlı dedikəri fonunda mövzunun şərhi.
3. Hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığı
Mövzunun Prezident İlham Əliyevin ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul etməsi, aparılan müzakirələr kontekstində şərhi.
4. Azərbaycanın dünya miqyasında multikultural dəyərlərin inkişafına verdiyi töhfələr
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana rəsmi səfəri, iştirak etdiyi tədbirlər, keçirdiyi görüşlər fonunda mövzunun şərhi.
5. Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi
Bu ölkədə “Bizim yol” hərəkatının keçirdiyi mitinq, hakimiyyət-kilsə qarşıdurmasının kəskimləşməsi fonunda mövzunun şərhi.