
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf dinamikası.
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü, aparılan müzakirələr fonunda mövzunun şərhi.
2. Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əlaqələrin genişlənməsi
Ankara şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş çərçivəsində mövzunun şərhi
3. Ermənistanla ABŞ arasında TRIPP yolu (Zəngəzur Dəhlizi) ilə əlaqədar aparılan müzakirələr
Bu sahədə müzakirələrin intensivləşməsi, eləcə də Prezident İlham Əliyevin TDT-nin Qəbələ Zirvə toplantısında Orta Dəhliz və TRIPP ilə bağlı səsləndirdiyi fikirləri əsasında təhlil
4. Yaxın Şərqdə İsrail və HƏMAS barışığı fonunda sülh prosesi
İsrail və HƏMAS nümayəndələri ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsi ilə bağlı razılaşma imzalaması fonunda mövzunun şərhi
5. Ermənistamn Dağ-Mədən sənayesindəki problemlər
Bu problemlərin regionda ekosistemə ciddi təhdid yaratması barədə təhlil