
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi və bunun əhəmiyyəti
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə Prezident İlham Əliyevin bu xüsusda səsləndirdiyi təkliflər əsasında mövzunun şərhi
2. Türk Dövlətləri Təşkilatının dünya miqyasında mühüm geosiyasi mərkəzlərdən biri kimi formalaşması
Türk Dövlətləri Təşkilatının beynəlxalq mövqelərinin güclənməsi, mühüm geosiyasi mərkəzlərdən biri kimi formalaşması, Prezident İlham Əliyevin bu müstəvidə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşündə çıxışı zamanı səsləndirdiyi təkliflər fonunda mövzunun şərhi
3. Türk dünyası daxilində iqtisadi inteqrasiyanın dərinləşməsi
Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, xüsusən də enerji və nəqliyyat sahəsində dərinləşən əməkdaşlığın regional və qlobal əhəmiyyəti kontekstində mövzunun şərhi
4. R.Köçəryanın keçirdiyi mətbuat konfransı.
Sosial bazası olmayan Ermənistanın eks-prezidentinin Rusiyadan dəstək axtarışlarına dair təhlil
5. BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunması.
Azərbaycanın beynəlxalq platformalarda terrorçuluğa qarşı mübarizəsi, bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı şərh