GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

  1. Bu il Azərbaycanda keçiriləcək III MDB İdman Oyunları

Mövzunun Azərbaycanın beynəlxalq xarakterli idman və digər tədbirlərə uğurla ev sahibliyi etməsi, bu müstəvidə ən yaxşı nümunələrdən birini yaratması, regionların da beynəlxalq tədbirlərin keçiriləməsinə hazır olması kontekstində şərhi.

2. Ermənistanın Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəmə prosesi əleyhinə təbliğat aparması.

Ermənistanın Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəmə prosesi əleyhinə təbliğat aparmasının səbəbləri, bunun əsas etibarı ilə Ermənistanın müharibə cinayətlərinin ifşasından qaynaqlanmasından irəli gəlməsi rakursundan mövzunun şərh edilməsi.

3. Suriyada davam edən toqquşmaların Azərbaycan və Türkiyənin bu ölkə ilə bağlı siyasətinə təsiri

Mövzunun Suriyada davam edən toqquşmaların yeni hökumətin qələbəsi ilə sonlanma ehtimalının yüksək olması, Azərbaycan və Türkiyənin bu ölkə ilə bağlı siyasətinin miqyasının genişlənəcəyi fonunda şərhi.

4. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons – ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi.

Mövzunun Ermənistanın müharibə cinayətləri, ölkəmizin itkinlər mövzusunu gündəmdə saxlaması, beynəlxalq platformalarda İrəvanı ifşa etməsi kontekstində şərhi.

5. “SOCAR Green” və “PowerChina” arasında qarşılıqlı anlaşma memorandumu çərçivəsində Azərbaycanda birgə həyata keçiriləcək günəş və külək enerjisi layihələrinin ilkin qiymətləndirilməsi.

Azərbaycanın alternativ enerji istehsalı potensialının dünyada yüksək dəyərləndirilməsi, Çinlə bu sahədə reallaşdırılacaq layihələrin əhəmiyyəti.