GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.          Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, dünyada daha böyük nüfuz sahibinə çevrilməsi.
Prezident İlham Əliyevin Danimarkada keçirdiyi görüşlər fonunda mövzunun şərhi.
2.          Azərbaycanın sülh gündəliyinin Avropada qəbul edilməsi
Avropanın ən müxtəlif ölkələrinin rəhbərlərinin Avropa Siyasi Birliyinin zirvə görüşü çərçivəsində ölkəmizin sülh gündəliyini təqdir etmələri.
3.          Azərbaycan-Fransa münasibətlərinin normallaşmasının mümkünlüyü
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü, aparılan müzakirələr kontekstində mövzunun şərhi
4.          Azərbaycandan Avropaya təbii qaz nəqlinin artırılması
Yunanıstanın Baş naziri Kiriakos Misotakisin ölkəsinin və ümumən Avropanın Azərbaycanla qaz tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olmasına dair verdiyi açıqlamalar fonunda mövzunun şərhi.
5.          Ermənistanın atom enerji dilemması. 
Ermənistanın atom enerjisi lahiyələrinin icrasında ABŞ və Rusiya arasında seçim edə bilməməsinə dair təhlil.