GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

  1. Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşməsi

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanlandığı təbrik məktubunda yer alan fikirlər kontekstində mövzunun şərhi

  • Türk Dövlətləri Təşkilatının Qəbələ zirvə görüşü

Türk Dövlətləri Təşkilatının dünya miqyasında mövqeyinin güclənməsi, Azərbaycanın bu prosesdə rolunun gələn ay Qəbələdə keçiriləcək zirvə görüşü fonunda mövzunun şərhi

  • Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycanın təşkilata üzvlüyündə maraqlı olması

ŞƏT-in baş katibi Nurlan Yermekbayev Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı fikirləri əsasında şərh.

  • Pakistan-Türkiyə-ABŞ münasibətlərinin inkişafı

Üçtərəfli siyasi yaxınlaşma və ittifaqın Azərbaycan üçün əhəmiyyətinə dair təhlil.

  • Azərbaycan və Türkiyə arasında süni intellekt sahəsində münasibətlərin inkişafı

Türkiyə və Azərbaycan arasında süni intellekt ekosistemində əməkdaşlığı gücləndirən Anlaşma Memorandumu imzalanması kontekstində mövzunun şərhi.