GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək regional sülh, enerji təhlükəsizliyi və iqlim çağırışları barədə danışıb. O, Xəzərin sürətlə kiçilməsinə diqqət çəkib və qlobal əməkdaşlığa çağırış edib.

2. Ərdoğan-Tramp görüşü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə müdafiə sənayesi, xüsusilə F-35 proqramı müzakirə olunub. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə F-35-lərlə bağlı müsbət qərar verilə bilər.

3. Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bəyanatı

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadakı müharibəni dayandırmasının vaxtı çatıb. Onun sözlərinə görə, uzunmüddətli sülh üçün tərəflər danışıqlara başlamalıdır.

4. Paşinyanın Moskvaya səfəri

Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının iclasında iştirak etməyərək Moskvaya səfər edib. Bu qərar Qərblə münasibətlər fonunda yeni siyasi mesaj kimi qiymətləndirilir.

5. Tik-Tok Amerikanın nəzarətinə keçdi

Amerika Prezidenti Donald Tramp “Tik-Tok”un Birləşmiş Ştatların nəzrəti altına keçəcək və onun ölkədə fəaliyyətini davam etdirməsinə icazə verəcək sazişi təsdiqləyən fərman imzalayıb.