GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Dünyanın böyük maliyyə şirkətlərinin Azərbaycana artan marağı.

Prezident İlham Əliyevin Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşü fonunda mövzunun şərhi.

2. Azərbaycanın tranzit mövqeyinin güclənməsi.

“Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumu, tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciəti fonunda mövzunun şərhi.

3. Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatması.

Mövzunun Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyası üzrə referendumun 2026-cı ilin iyununa planlaşdırılan parlament seçkilərindən əvvəl və ya onlarla eyni vaxtda keçirilməyəcəyini dair açıqlaması kontekstində şərhi.

4. Ermənistan baş naziri N.Paşinyanın Ermənistanın keçmiş üç prezidentinə qarşı ittihamları.

Ermənistanda seçkilər ərəfəsində daxili vəziyyətin gərginləşməsinə dair şərh.

5. Azərbaycanın Afrikada nüfuz və mövqelərinin güclənməsi.

Ölkəmizin Afrika ölkələri ilə münasibətlərinin dərinləşməsi, investisiya qoyuluşlarının artması mövzusunda təhlil.