
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Ruanda münasibətlərinin inkişafı
Ruanda Prezidenti Pol Kaqamenin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sənədlər fonunda mövzunun şərhi.
2. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunmasının Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaratması
Prezident İlham Əliyevin “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət kontekstində Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunmasının bu regionla yanaşı, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaratması fonunda mövzunun şərhi
3. Fələstin dövlətinin tanınmasının Yaxın Şərqə gətirəcəyi dəyişikliklər
Müstəqil Fələstin dövlətinin tanınması prosesinin başlanması, bunun Yaxın Şərq coğrafiyasına gətirəcəyi dəyişikliklər fonunda mövzunun şərhi
4. Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu
Prezident İlham Əlyevin tədbir iştirakçılarına müraciəti, eləcə də ölkəmizin nvestisiya cəlbediciliyini yüksəlməsində bu tədbirin əhəmiyyəti mövzusunda təhlil.
5. Fransanın Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığı qəbul etməsi
Fransanın ölkəmizdə yeni təyin olunan səfiri Sofi Laqutun sülh quruculuğu prosesini təqdir etməsi və ikitərəfli əlaqələrə dair səsləndirdiyi fikirləri əsasında şərh.